Azərbaycandan Ermənistana nə qədər taxıl daşınıb? - AÇIQLANDI
Ermənistan son beş ayda dəmir yolu ilə Azərbaycan ərazisindən 23.500 ton taxıl idxal edib.
Daşınmalar dəmir yolu ilə həyata keçirilir: Azərbaycan ərazisindən Gürcüstana, daha sonra Ermənistana.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.İqtisadi İnkişaf Nazirliyi 2025-ci ildə Qazaxıstan və Rusiyadan 6600 ton taxıl göndərildiyini açıqlayıb. 2026-cı ildə isə taxıl yükləri yalnız Rusiyadan göndərilib və Azərbaycandan keçməklə Ermənistana çatdırılıb. Bu, ümumilikdə 17000 ton təşkil edib. Dəmir yolu daşımalarının əksəriyyətini buğda təşkil edib.
Mövzular: