Türkiyə yığmasının məşqçisi matçda HUŞUNU İTİRDİ
Türkiyənin gənclərdən ibarət futbol yığmasının baş məşqçisi Egemen Korkmaz Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunda huşunu itirib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Korkmaz meydanın kənarında tibbi briqada tərəfindən ilkin yardım alıb. Hazırda huşu yerindədir və müayinədən keçməsi üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb", - deyə məlumatda bildirilib.
Mövzular: