Reklam resmi
Reklam resmi

Yaxın Şərqdə YENİ TƏHLÜKƏ- İsrail RİSKDƏDİR?

Yaxın Şərqdə YENİ  TƏHLÜKƏ- İsrail RİSKDƏDİR?
Siyasət
515

Yaxın Şərqdə balansları sarsıda biləcək yeni bir blokmu formalaşır? "The Jerusalem Post" qəzetinin təhlilinə görə, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı yeni diplomatik xətt İsraildə ciddi narahatlıq doğurub.

Məsələ ilə bağlı deputat Arzu Nağıyev Ajans.az-a açıqlama verib.

O bildirib ki, bu dövlətlərin birləşməsi hələ rəsmi olaraq təsdiqlənməyib. Hələ ki, rəsmi blok mövcud yoxdur. Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Misir kimi ölkələrin hər biri iqtisadi və hərbi cəhətdən güclü ölkələrdir. 

Üstəlik bu dövlətlərin əhaliləri də kifayət qədər çoxdur. Əgər bu dövlətlər birləşərsə, yaratdıqları mərkəz “ağır çəki”yə sahib olar. 

Deputat qeyd edib ki, Amerika bu ölkələrin birləşməsində rol oynaya bilər. Çünki Türkiyə NATO-ya üzvdür, digərləri ilə də Amerikanın sıx əlaqələri var. Lakin Amerikanın əsas dost saydığı tərəfdaşı İsrail dövlətidir. Burada ortaq maraqların ön plana çıxarılması vacibdir. 

İsrail birbaşa qarşıdurma istəmir. Ona görə də bir sıra Ərəb ölkələri ilə əlaqələrini gücləndirir. Diplomatik kanallar ilə təhlükəsizliyini qoruyur. 

Arzu Nağıyev deyib ki, ortada İran faktoru var. Üstəlik İsrail dəfələrlə bəyanatlarında deyib ki, İran İsraildə nüvə proqramı ləğv edilənə və HƏMAS Hizbullah ilə bağlı fikirlər bitmədiyi müddətcə müharibə dayanmayacaq. 

Regionda balans müəyyən qədər dəyişə bilər. Lakin radikallıq mümkün deyil. Çünki bu dövlətlərin də hər birinin öz problemləri var. Ona görə də uzunmüddətli tərəfdaşlıq alınmaz. 

Əməkdaşlığın əsas məqsədi regional təhsilin artırılması, ortaq platformaların yaradılması, İslam dünyasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi kimi proseslərdir. 

Millət vəkili deyib ki, Suriya rəhbərinin Avropaya səfəri, digər görüşlər onu göstərir ki, nə Qərb siyasəti, nə ABŞ qurumun müstəqil fəaliyyətinə imkan verməzlər. Enerji, ticarət, müdafiə sənayesi kimi sahələrdə tərəfdaşlıq yüksək həddədir. Ona görə də indiki dövrdə yeni “hərbi blok”un yaranması təhlükəli məsələ ola bilər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Arzu Nağıyev Yaxın Şərq Təhlükə

Digər Xəbərlər