Reklam resmi
Reklam resmi

Azərbaycan vətəndaşları daxil 41 miqrant SAXLANILDI

Azərbaycan vətəndaşları daxil  41 miqrant SAXLANILDI
Hadisə

Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi və Batumi şəhərlərində 41 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

 Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.(apa)

Mövzular:
qanunsuz miqrasiya 41 nəfər

Digər Xəbərlər