Reklam resmi
Reklam resmi

Ermənistanın yük maşınları sərhəddə qaldı

Ermənistanın yük maşınları sərhəddə qaldı
Gündəm

Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yaxınlığında ümumilikdə 1370 yük maşını keçid üçün gözləyir.

Ajans.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

Bildirilib ki, gözləyən yük maşınlarından 446-sı Ermənistana aiddir.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsinin qar səbəbindən bir neçə gündür bağlıdır.

Mövzular:
Ermənistan

Digər Xəbərlər