Reklam resmi
Reklam resmi

Livanda ölənlərin sayı 1100 nəfərə yaxınlaşır

Livanda ölənlərin sayı 1100 nəfərə yaxınlaşır
Gündəm

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqinə endirdiyi zərbələr nəticəsində 22 nəfər həlak olub, 153 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb. Martın 2-dən 24-dək İsrailin hücumlarında həlak olanlar arasında 120-si uşaq, 81-i isə qadın olub", - deyə açıqlamada bildirilir.

Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, 1 049 328 nəfər müharibə zonasından didərgin düşüb.

Mövzular:
Livan Səhiyyə Nazirliyi İsrail Hərbi Hava Qüvvələri

Digər Xəbərlər