AĞIR QƏZA: 4 yaralı var- FOTO
Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Ajans.az "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Mövzular: