Reklam resmi
Reklam resmi

Velizar-ı polisə şikayət ETDİLƏR

Velizar-ı polisə şikayət ETDİLƏR
Gündəm

“Velizar”ın gecə hay-küy salması narazılıq doğurub, qonşular polisə müraciət ediblər.

Bir müddət əvvəl həbs edilən “Velizar” ləqəbi ilə tanınan tiktoker Salman Məmmədov yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə ondan şikayət edən qonşusu olub.

Ajans.az xəbər verir ki, narazılığa səbəb tiktokerin gecə saatlarında yüksək səslə musiqi qoşaraq “TikTok” platformasında canlı yayımlar açmasıdır. Qonşular bunun onların istirahətinə mane olduğunu bildiriblər.

O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib:

“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

Mövzular:
Velizar Tik-Tok

Digər Xəbərlər