Reklam resmi
Reklam resmi

Taekvondoçumuz Belçikada qızıl medal qazandı

Taekvondoçumuz Belçikada qızıl medal qazandı
İdman

Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə "Belgian Open" beynəlxalq turniri keçirilib.

Ajans.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar. Komandamızın üzvləri bir qızıl və dörd bürünc medal qazanıblar.

49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Taekvondoçularımız Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.

Martın 22-də böyüklər arasında keçirilən yarışda taekvondoçumuz Qaşim Maqomedov (63 kq) bürünc medal qazanıb.

Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.

Mövzular:
belçika qızıl medal taekvando

Digər Xəbərlər