34 yaşlı qadın qazdan ZƏHƏRLƏNDİ
Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
Ajans.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü X. Məmmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə tapılıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /unikal
Mövzular: