İlaxır Çərşənbədə TONQAL FACİƏSİ
Dünən bütün Azərbaycanda İlaxır Çərşənbə kimi qeyd edilib.
Ajans.az olaraq, dünən bayram vaxtı TƏBİB-ə edilmiş müraciətlər ilə bağlı sorğu ünvanladıq.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatından bildirilib ki, 17.03.2026-cı il tarixində saat 21:35 radələrində tonqalda yanma səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2018-ci il təvəllüdlü azyaşlıya (kişi) yerində tibbi yardım göstərilib.
Mövzular: