Reklam resmi
Reklam resmi

Məktəbdə pəncərədən yıxılan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbdə pəncərədən yıxılan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.

Bununla bağlı Ajans.az-a BŞTİ-dən məlumat verilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Mövzular:
məktəb şagird

Digər Xəbərlər