Reklam resmi
Reklam resmi

Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycanda professor vəfat etdi - FOTO
Hadisə

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Namaz oğlu Yusifov vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə universitetin rəsmi “Instagram” hesabında paylaşım edilib.

Yusifov Gəray Namaz oğlu 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda ingilis dili fakültəsində təhsil alıb.

1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlayıb. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilib. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam edib. 1979-cu ildə ingilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilib. 1992-ci ildən 2026-cı ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəaliyyətini davam etdirib.

6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirib

Mövzular:
ölüm professor

Digər Xəbərlər