"Barselona" baş məşqçi ilə bağlı qərar verdi
"Barselona" rəhbərliyi və komandanın baş məşqçisi Hans-Diter Flik arasında əməkdaşlığın uzadılması barədə razılığa gəlinib.
Ajans.az xəbər verir ki, 61 yaşlı almaniyalı mütəxəssis 2028-ci ilə qədər Kataloniya təmsilçisinin "sükanı arxasında" qalacaq.
Klubun idman direktoru Dekonun vasitəçiliyi ilə aparılan danışıqlara hələ ötən ilin sonlarında start verilmişdi. Lakin Flikin müqaviləni yeniləmək üçün irəli sürdüyü əsas şərt Xuan Laportanın yenidən "Barselona" prezidenti kürsüsünə əyləşməsi olub. Ötən gün keçirilən seçkilərdə səslərin 68%-ni toplayan Laporta inamlı qələbə qazanıb.
Mövzular: