Ağır QƏZA: “Mercedes” dərəyə AŞDI
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır. \ Unikal.az
Mövzular: