Reklam resmi
Reklam resmi

İrandan Azərbaycana təxliyə prosesi davam edir

İrandan Azərbaycana təxliyə prosesi davam edir
Hadisə

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.

Ajans.az xəbər verir ki, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin (1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olublar.

Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.

Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

Mövzular:
"Astara" dövlət sərhədi Azərbaycan İran Təxliyə prosesi

Digər Xəbərlər