Reklam resmi
Reklam resmi

Yolda uzanan iti ƏZİB QAÇDI- Qan donduran GÖRÜNTÜLƏR

Yolda uzanan iti ƏZİB QAÇDI- Qan donduran GÖRÜNTÜLƏR
Hadisə

Türkiyənin Bolu şəhərində yolda uzanmış iti əzən sürücü heç nə olmamış kimi yoluna davam edib. Həmin anlar isə bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

Ajans.az xəbər verir ki, Bolu şəhərində bir avtomobil sürücüsü yolda uzanmış iti əzib. Hadisə anı yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hadisə  Bolu Sənaye Zonasında baş verib. Əldə olunan məlumata görə, sürücüsünün kimliyi məlum olmayan bir avtomobil yol kənarına yaxınlaşaraq bir müddət gözləyib. Daha sonra hərəkətə başlayan avtomobil yerdə uzanmış itin üzərindən keçib. Bir müddət avtomobilin altında sürüklənən it, avtomobil irəlilədikdən sonra olduğu yerdən qaçaraq uzaqlaşıb.

Avtomobil sürücüsü isə hadisədən sonra ərazini tərk edib. Baş verən anlar ətrafda yerləşən bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Digər Xəbərlər