Xamenei özünü yaxşı HİSS EDİR-İran XİN
"İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir".
Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində məlumat verib.
"O, xəsarət alıb, amma özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali lider postu uğrunda üç-dörd nəfər mübarizə aparırdı, amma Ekspertlər Şurasında əksəriyyət onu seçdi", - deyə Bəqai bildirib.
Mövzular: