"Sabah" qapıçısına 10 min manat ödəməlidir
AFFA "Sabah" klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı şikayətini təmin etməyib.
Ajans.az xəbər verir ki, bu qərar AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən qəbul olunub.
Belə ki, Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov - "Sabah" Futbol Klubu" işi çərçivəsində ötən ilin dekabrın 3-də çıxardığı 8604 saylı qərar heç bir dəyişikliyə məruz qalmadan qüvvədə saxlanılıb.
Mövzular: