Reklam resmi
Reklam resmi

Suriya Prezidenti İlham Əliyevə zəng edib

Suriya Prezidenti İlham Əliyevə zəng edib
Xarici siyasət

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ajans.az xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.

Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Mövzular:
Prezident İlham Əliyev zəng

Digər Xəbərlər