Reklam resmi
Reklam resmi

Cüdoçularımız daha iki medal qazandılar

Cüdoçularımız daha iki medal qazandılar
İdman

Avstriyanın Lints şəhərində keçirilən Qran-pri turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.

Ajans.az xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.

Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüblər. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.

Mövzular:
cüdo qızıl medal

Digər Xəbərlər