"Real Madrid"i azarkeşə görə cərimələndi
UEFA İntizam Komitəsi Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Benfika"ya qarşı keçirilən cavab matçının (2:1) yekunlarına əsasən, azarkeşlərin yaraşmayan davranışları səbəbindən "Real Madrid" klubunu cərimələmək qərarına gəlib.
Ajans.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Cərimənin məbləği 15 min avro təşkil edib. Bundan əlavə, UEFA klubun avrokuboklardakı növbəti ev oyununda stadionun bir hissəsinin bağlanması barədə qərar çıxarıb.
Mövzular: