İranda ölənlərin sayı ARTDI
İranda 28 fevralda - münaqişə başlayandan bəri mülki şəxslər arasında ölənlərin ümumi sayı 1097-yə çatıb ki, bunlardan 181-i on yaşdan kiçik uşaqlardır.
Ajans.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin məlumatında bildirilib.
Hesabatda qeyd olunur ki, "hazırda daha 880 ölüm hadisəsi barədə məlumat təsdiqlənir və təsnif edilir. 28 fevraldan bəri mülki şəxslər arasında yaralananların sayı 100-ü uşaq olmaqla 5402-yə çatıb".