Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Ajans.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Zirə" öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Mövzular: