"Qalatasaray"ın oyunu təxirə salındı
Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.
Ajans.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən "Qalatasaray"la "UEFA Konfrans Liqasında yoluna davam edən "Samsunspor"un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq.
Mövzular: