Reklam resmi
Reklam resmi

İran Prezident Administrasiyasının binası VURULDU

İran Prezident Administrasiyasının binası VURULDU
Gündəm
398

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Tehranın mərkəzində yerləşən İranın rəhbərlik kompleksini hədəf alıb.

Ajans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, bu kompleks bir neçə küçə boyunca uzanır və nüvə proqramı ilə bağlı iclaslar, İsrailə qarşı müharibənin idarə olunması və təhlükəsizlik qərarlarının qəbul edildiyi məkan olub.

Bəyanata görə, hücum zamanı onlarla mərmi Prezident Administrasiyası və Ali Təhlükəsizlik Şurasının binaları, Ali Təhlükəsizlik Şurası üzvlərinin toplanma yeri, Hərbi Akademiya və digər dövlət infrastrukturlarına düşüb.

Mövzular:
İsrail Hərbi Hava Qüvvələri Tehran İran Prezident Administrasiyası

Digər Xəbərlər