Cüdoçumuz qızıl medal qazandı
Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri Azərbaycan millisi üçün uğurla davam edir.
Ajans.az xəbər verir ki, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ömər Rəcəbli karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.
O, finala qədər Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan idmançılarını məğlub edərək həlledici mərhələyə yüksəlib. Final görüşündə isə Rusiya təmsilçisi Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.
Mövzular: