Ələt limanında FACİƏ: ÖLƏN VAR
Bakının Qaradağ rayonunda Valid Səfərovun ölməsi barədə təfərrüatlar məlum olub.
Ajans.az xəbər verir ki, hadisə Ələt qəsəbəsindəki dəniz limanında qeydə alınıb.
Biləsuvar rayon sakini 43 yaşlı Valid Şəmsəddin oğlu Səfərov quraşdırma işləri görərkən 15 metr hündürlükdən yıxılıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır./lent.az
Mövzular: