Reklam resmi
Reklam resmi

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Maliyyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Ajans.az xəbər verir ki, beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

Mövzular:
ödəniş sosial

Digər Xəbərlər