"Yuventus" qapıçısı ilə müqaviləsini UZATDI
"Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.
Ajans.az cəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
35 yaşlı qolkiperlə bağlanan yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
“Qoca Sinyora”nın yetirməsi olan Pinsolyo 2010-cu ildən əsas komandanın üzvüdür. Müxtəlif klublarda icarə əsasında çıxış edən təcrübəli qapıçı Turin təmsilçisinin heyətində indiyədək cəmi 6 matçda meydana çıxıb.
Mövzular: