Reklam resmi
Reklam resmi

Müştəri kimi girib belə OĞURLUQ ETDİLƏR

Müştəri kimi girib belə OĞURLUQ ETDİLƏR
Hadisə

Bakının Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlovu müəyyən edərək saxlayıb. Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Mövzular:
market oğru DİN

Digər Xəbərlər