"Barselona" Reşfordu transfer edəcək
İspaniyanın "Barselona" klubu İngiltərə millisinin hücumçusu Markus Reşfordun transferi ilə bağlı futbolçunun agentləri ilə görüş keçirib.
Ajans.az xəbər verir ki, tərəflər forvardın tam transferi variantını müzakirə ediblər.
Kataloniya təmsilçisi futbolçunu birdəfəlik heyətinə qatmaq niyyətindədir. Transferin reallaşması əsasən maliyyə şərtlərindən və oyunçunun müqavilə detalları üzrə razılaşmadan asılı olacaq.
La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Mövzular: