Reklam resmi
Reklam resmi

"Epşteyn işi"ndə adı hallanan keçmiş Baş katib Yaqland özünü öldürmək istəyib

\"Epşteyn işi\"ndə adı hallanan   keçmiş Baş katib Yaqland özünü öldürmək istəyib
Gündəm

“Epşteyn işi”ndə adı hallanan Torbyorn Yaqland intihara cəhd edib.

Ajans.az xəbər verir ki, bu barədə “Faytuks Network” məlumat yayıb.

O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yaqland Epşteynin Nyu York və Floridada olan mülkündə qalması, özünün və ailəsinin xərclərinin sonuncu tərəfindən ödənilməsi və özəl adasına baş çəkməsi ilə bağlı açıqlamalar nəticəsində "böyük korrupsiya" ittihamı ilə üzləşib. O, məhkum edildiyi təqdirdə, 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Xatırladaq ki, Torbyorn Yaqland 1996-1997-ci illərdə Norveçin Baş naziri, 2009-2019-cu illərdə isə Avropa Şurasının Baş katibi olub.

Mövzular:
“Faytuks Network” “Epşteyn işi” Torbyorn Yaqland Avropa Şurası

Digər Xəbərlər