Reklam resmi
Reklam resmi

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 70 yaşlı kişi arvadını GÜLLƏLƏDİ

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 70 yaşlı kişi arvadını GÜLLƏLƏDİ
Kriminal

Lənkəranda ağır ailə faciəsi baş verib. 70 yaşlı kişi həm  həyat yoldaşını, həm də özünü güllələyib.

Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgalan kəndində baş verib. Belə ki, kənd sakini Sərhad Məmmədov yaşadığı evdə öz həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovanı ov tüfəngi ilə qətlə yetirib. 

Sərhad Məmmədovun həyat yoldaşını qətlə yetirməsinin səbəbi bilinmir.   Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Cinayətdə istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Mövzular:
ölüm cinayət

Digər Xəbərlər