Maşın 4 nəfəri vurdu- FACİƏVİ QƏZA
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA
Mövzular: