Neymar bu il karyerasını başa vura bilər
"Santos"un hücumçusu Neymar gələcəyi barədə danışıb.
"Gələcəkdə məni nələr gözlədiyini bilmirəm. Dekabr ayında karyeramı başa vurmaq istəyəcəyimi istisna etmirəm. Bu gün üçün yaşayıram. 2026-cı il mənim, "Santos" və Braziliya milli komandası üçün həlledici olacaq", - Ajans.az-ın məlumatına görə, Neymar söyləyib.
Neymarın "Santos"la müqaviləsi 2026-cı ilin dekabr ayının sonunda bitir.
Qeyd etmək lazımdır ki, Braziliya 2026-cı ilin yayında Dünya çempionatında iştirak edəcək.(lent.az)
Mövzular: