Gənc qadın dəm qazından zəhərləndi
Gəncədə qadın dəm qazından zəhərlənib.
Ajans.az hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü G.Abdullayeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, G.Abdullayeva kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: