Reklam resmi
Reklam resmi

Polis əməliyyat KEÇİRDİ- Saxlanılanlar var

Polis əməliyyat KEÇİRDİ- Saxlanılanlar var
Kriminal

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev,  Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb. 

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzular:
polis saxlanılan

Digər Xəbərlər