Reklam resmi
Reklam resmi

ADY-nin rəsmisi QƏZA TÖRƏDİB - Hadisə yerindən QAÇIB

ADY-nin rəsmisi QƏZA TÖRƏDİB - Hadisə yerindən QAÇIB
Hadisə
329

Gəncədə ADY-nin baş mühəndisinin qəza törətdiyi iddia edilir.

Ajans.az-ın qaynar xəttinə daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposunun baş mühəndisi Tərlan Əhmədov idarə etdiyi, müəssisəyə məxsus 77-VL-473 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 14-də yol-nəqliyyat hadisəsi törədib.

Hadisə şəhərin qeyri-rəsmi olaraq “Depo qəsəbəsi” adlandırılan ərazisində baş verib. İddialara görə, avtomobil işıq dirəyinə çırpılıb Zərbənin təsirindən həm nəqliyyat vasitəsi, həm də işıq dirəyi yararsız hala düşüb. Bildirilir ki, sürücü qəzadan sonra hadisə yerini tərk edib.

Həmçinin iddia olunur ki, baş verən hadisə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposunun rəhbərliyi tərəfindən gizlədilməyə çalışılıb və sözügedən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməyib.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

author picture
Tərlan Əmrahova
Mövzular:
“Azərbaycan Dəmir Yolları” QSC Gəncə ADY “Depo qəsəbəsi” Qəza

Digər Xəbərlər