Epilepsiya xəstəsi kanala düşdü - həyatını itirdi
Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb.
Ajans.az-ın məlumatına görə, hadisə rayonun Cəyirli kəndində baş verib.
Cəyirli sakini 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb.
O, xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun epilepsiya xəstəsi olduğu bildirilir.(report)
Mövzular: