Reklam resmi
Reklam resmi

"Sabah" qələbə QAZANDI

\"Sabah\" qələbə QAZANDI
İdman

Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.

Ajans.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib.

Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" - "Turan Tovuz" matçında isə qapılara qol vurulmayıb.

Mövzular:
Misli Premyer Liqası "Sabah" "Qəbələ" qələbə

Digər Xəbərlər