Reklam resmi
Reklam resmi

Premyer Liqada daha bir oyun keçirilib

Premyer Liqada daha bir oyun keçirilib
İdman

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Ajans.az məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.

Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.

Mövzular:
liqa

Digər Xəbərlər