Reklam resmi
Reklam resmi

"Neftçi" ardıcıl üçüncü qələbəsini QAZANDI

\"Neftçi\" ardıcıl üçüncü qələbəsini QAZANDI
İdman

"Neftçi" Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Ajans.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqləniblər. Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" hələlik 5-ci pillədə qərarlaşıb. Qonaqlar əvvəlki turlarda "Qəbələ" (1:0) və "Araz-Naxçıvan"ı (4;0) üstələyiblər. "Kəpəz" isə 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.

Mövzular:
"Neftçi" Misli Premyer Liqası Yuri Vernidub

Digər Xəbərlər