Reklam resmi
Reklam resmi

Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Gündəm

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Ajans.az xəbər verir ki, dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.

Mövzular:
Serbiya Sarayı Azərbaycan İlham Əliyev Qarşılanma mərasimi

Digər Xəbərlər