Reklam resmi
Reklam resmi

Ukrayna Krımı əbədi olaraq itirdiyini elan etdi

Ukrayna Krımı əbədi olaraq itirdiyini elan etdi
Siyasət

Ukrayna Krımı həmişəlik itirdi və onun “yenidən ukraynalaşdırılması” indi mümkün deyil.

Ajans.az xəbər verir ki, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov danışıb.

“Onların Krımı qaytarmaq üçün real planları yoxdur. Onlar anlayırlar ki, 2014-cü ildə Krımı birdəfəlik itiriblər”, – Krım parlamentinin rəhbəri Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatlarını belə şərh edib.

Eyni zamanda, Krım siyasətçisi təkid edir ki, regionun ukraynalaşdırılması krımlıların “təbiəti və kimliyi” səbəbindən baş tuta bilməz. Onun fikrincə, yarımadanın sakinləri həmişə Rusiyanın yanında olublar. “Krım baharından sonra bu bizim seçimimiz, fəthimizdir. Biz isə onu müdafiə etməyə hazırıq”, - deyə Konstantinov yekunlaşdırıb.

Bundan əvvəl Vladimir Zelenski Krımın diplomatik yollarla Ukraynaya qaytarılmasının mümkünlüyünü açıqlamışdı. Eyni zamanda, o, etiraf edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin yarımadanın hərbi yolla ələ keçirilməsi üçün kifayət qədər vəsaiti yoxdur.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ukrayna Krım Rusiya Müharibə Putin Vladimir Zelenski

Digər Xəbərlər