Reklam resmi
Reklam resmi

Azərbaycan Ukraynaya humanitar dəstəyini DAVAM EDİR

Azərbaycan Ukraynaya humanitar dəstəyini DAVAM EDİR
Gündəm

Azərbaycandan Ukraynaya göndərilən növbəti humanitar yardım təyinat nöqtəsinə çatdırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev məlumat verib. Diplomat sosial şəbəkə hesabında bildirib ki, Azərbaycandan göndərilən generatorlar İrpin şəhərinə təhvil verilib.

“Azərbaycan xalqı və təşkilatları tərəfindən toplanan humanitar yardım İrpin şəhərinə dəstək məqsədilə Ukraynaya göndərilib”, – deyə səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan müharibə dövründə Ukraynaya dəfələrlə humanitar yardım göndərib. Sonuncu yardım partiyası fevralın 3-də çatdırılmışdı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Ukrayna

Digər Xəbərlər