Reklam resmi
Reklam resmi

Köməksiz qalan azyaşlı XİLAS EDİLDİ- ANBAAN GÖRÜNTÜLƏR

Köməksiz qalan azyaşlı XİLAS EDİLDİ- ANBAAN GÖRÜNTÜLƏR
Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Mövzular:
uşaq azyaşlı FHN xilasedici

Digər Xəbərlər