64 cinayətkar SAXLANILDI
Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.