Reklam resmi
Reklam resmi

Narkotik satışı ilə məşğul olan şəxs TUTULDU

Narkotik satışı ilə məşğul olan şəxs TUTULDU
Kriminal

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub. 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə  S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzular:
narkotik satış

Digər Xəbərlər