Axtarışda olan şəxslər TƏHVİL VERİLDİ
Fevralın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.
Mövzular: